TRANSKATETER (invaziv) MÜALİCƏ

TRANSKATETER (invaziv) MÜALİCƏ XİDMƏTLƏRİ

Qanın ağciyərlərdə oksigenlə  zənginləşməsi üçün sağ mədəcik qanı ağ ciyər arteriyasına ötürür. Sağ mədəciklə ağ ciyər arteriyası arasında pulmonar qapaq var, bu da qanın geriyə qayıdaraq sağ mədəciyə tökülməsinin qarşısını alır. Pulmonar darlıq bu qapaqların daralmasıdır. Pulmonar darlıq zamanı sağ mədəcikdən qan ağ ciyər arteriyasına ötürülərkən maneə yaranır və nəticədə qanın ağciyərlərə ötürülməsi məhdudlaşır.

Pulmonar Balon Valvuloplastikası

Pulmonar darlıq zamanı qan axını qarşısında yaranan maneəni aradan götürmək üçün müasir dövrdə cərrahiyyənin yerini tamamən almışdır. Uzun tel aşağı boş venadan ürəyin sağ hissəsinə, sonra pulmonar qapaqdan keçməklə pulmonar arteriyaya qədər yerləşdirilir. Sonra xüsusu genişləndirici balon sistemi bu telin üzərindən pulmonar qapağa yerləşdirilir. Balon mümkün olduğu qədər şişirdilərək pulmonar darlıq genişləndirilir.

Müdaxilədən sonra dərman müalicəsinə ehtiyac yoxdur. Xəstə ən qısa zamanda xəstəxanadan evə yazılır. 2-3 gün müddətində öz normal həyat tərzinə qayıda bilir.

Xüsusilə intakt ventikulyar septumlu ağciyər atreziyalı anadangəlmə ürək qüsurlu körpələrdə ağciyər arteriya qapağı (ağciyər qapaq) var olmaqla membranı bir şəkildə bağlıdır. Bu xəstələrdə klassik cərrahi üsulla qapağın deşilməsi əməliyyatı və şunt lazımdır.

 Alternativ olaraq ağciyər atreziyalı olan qapaq adətən radyofrekans enerji istifadə edilərək dələrək qapaq balon valvuloplastika üsulu ilə genişləndirilə bilər. Bu proses zamanı körpəyə acıq ürək əməliyyatı aparılması  lazım deyil. Həmçinin lazım olarsa xəstəyə PDA’nın (Açıq arterial axacaq) stendləşməsi prosesi də eyni seansda həyata keçirilə bilər.

İnvaziv (əməliyyatsız) üsul ilə Ağciyər qapaq implantasiyası nədir?

Bu proses qısaca “əməliyyatsız yolla süni ürək qapağın yerləşdirilməsi” prosesi olaraq tərif edilə bilər.

Bəzi anadangəlmə ürək xəstəliklərinin müalicəsi zamanı cərrahi olaraq xəstələrdə süni ürək qapaqları və damarlar (konduit) istifadə edilməsi lazımdır. İllər ərzində bu qapaqların hamısı pozulur və dəyişdirilməsi məsləhət görülür. Klassik yol ilə cərrahi üsulla bu sünii damarı və qapağı çıxarıb yerinə yenisini qoymaqdır. Bu proses demək olar ki, hər 10 ildən bir təkrar edilir. Yəni ilk sünii damarı 5 yaşında taxılan bir uşaq düşünək 40 yaşına gələndə ən yaxşı halda 3 dəfə ürək əməliyyatı olması lazımdır.

Perkutan Ağciyər Qapaq İmplantasiyası, əməliyyatsız yolla qasıqdan qasıq arteriya və vena  kiçik bir iynə dəliyindən daxil olaraq ağciyər qapaq dəyişmə prosesidir. Bu proses transkateter müalicə üsulları arasında hazırda dünya tibbinın çatdığı ən yüksək nöqtələrdən biridir.

Perkutan Ağciyər qapaq implantasiyası necə edilir?

Proses adətən ümumi anesteziya altında kateter laboratoriyasında həyata keçirilir. Qasıq toplar damarından daha əvvəl yerləşdirilən sheatlərin içindən kateterlərlə keçərək qapaq nahiyyəsinə çatıb kontrast maddənin vasitəsi ilə qapaq barədə tam məlumat əldə edildikdən sonra darlıq varsa, balon valvuloplastikası aparılır sonra isə  stent açılır və yerləşdirilir. Daha sonra xüsusi üsullarla istehsal edilmiş və hazırlanmış olan ürək qapağı köhnə qapağın içərisinə yerləşdirilərək əməliyyat sonlandırılır. Fəsadlaşmadan  bu əməliyyat təxminən 1-2 saat sürür.

Perkutan Ağciyər qapaq implantasiyası sonrası nələr gözlənilir?

Əməliyyat uğurlu keçdiyi halda xəstə reanimasiya şöbəsinə  köçürüldükdən sonra bir gün izlənir. Ertəsi gün xəstə stasiyonara köçürülüb bir gün də orda izlənilib və hər şey istənilən kimi davam edərsə ertəsi gün evə yola salınır. Aspirin xaricində hər hansı bir dərman istifadə etməsi məsləhət deyil.  Bir neçə gün içərisində gündəlik həyatına qayıda bilər.

Əməliyyatsız taxılan qapaq pozularsa?

Əlbəttə, bu üsulla taxılan qapağın da bir ömrü var. Ancaq bu qapağın içərisinə də çox zamanla ehtiyac olduqda (orta hesabla 10 il) təkrar eyni üsulla yeni bir qapaq taxıla bilər.

 

AORTA KOARKTASİYASI NƏDİR?

Ürəkdən çıxan və oksigeni yüksək olan qanı orqanizmə daşıyan ən böyük damarımız aortadır. Bu damar, ürəyin sol mədəcikdən çıxdıqdan sonra baş və boyunda aid damar budaqlarını verir və ən son normalda sol qola gedən arteriya qövsü ayrılır. Aorta koarktasyonu adətən aorta gövsü (arkus aortaya) axırından və sol qoldamarının çıxımından dərhal sonra aortada baş verən potaloji bir haldır. Bəzən aorta qövsü, ya da nadir hallarda daha alt təbəqələrdə daralmış olur. Xəstəliyə aorta qapağın darlığı qüsuru da müşayiət edilə bilər. Xəstələrdə yeni dogulmuş uşaqlıq dövründə ağciyər hipertenziyası aşkar edilirkən irəli yaşlarda yüksək qan təzyiqi, ürəy döyüntüsü sayısında artıma və ürək çatmamazlığı kimi problemlər ortaya çıxır.

AORTA KOARKTASİYASININ MÜALİCƏSİ NECƏDİR?

Klassik üsul cərrahı olub adətən yenidoğan körpələrdə və əksəriyyətlə ilk 3 aya qədər bu üsula üstünlük verilir. Əgər darlıq uzun bir bölgəni əhatə edirsə, ya da əlavə başqa ürək qüsuruda varsa cərrahi üsul daha əlverişli üsul olacaqdır. Ancaq aorta koartasiyasiyalı seqmentin qısa bir darlıqdırsa, xəstələrdə balon valvuloplastikası ilə genişləndirmək erkən yaşlarda da tətbiq oluna bilər.

AORTA KOARKTASİYASINA VƏ  STENT

Əgər xəstə orta hesabla çəkisi 20-25 kqmı keçibsə və çox uzun bir bölgədə darlıq yoxsa stent implantasyonu ilk seçim ola bilər. Bu üsulla qasıq arteriyasından daxil olunduqdan sonra koartasiyalı nahiyəyə darlığı açmaq kimi stent (metal qəfəs) yerləşdirilir. Stent çox müxtəlif çeşidli materiallardan edilir. Ən çox istifadə edilənləri platin, nikel və poladdır. Darlıq yerinə xüsusi avadanlıqlar içində  bir balona yüklənmiş olan stent, pataloji nahiyəyə tam yerləşdirildikdən sonra xəstəliyin tələb etdiyi bölgədə xüsusi avadanlıqlarla balon lazımı təzyiqlə şişirdilib stent implantasiyası həyata keçirildikdən sonra şişirilmiş balon boşaldılaraq çıxardılır və stend həmin bölgədə qalmış olur.

STENT YENİDƏN DARALIR MI?

Bəli bu mümkündür. Ancaq adətən xəstənin çəkisi 30 kq üzərində ikən əvvəlcə taxılan stent daralıbsa yenidən balon valvuloplastika metodu ilə lazımlı ölçülərə qədər ölçülərə qədər genişləndirmək olar.

Aorta stenozu nədir?

Ürəyin sol mədəcik ilə ana arteriya olan aorta arasında aorta qapağı yerleşir. Ürəyin yıgılması ilə aorta qapağı açılır və oksigendən zəngin qan aorta atılır. Qapaq sahəsi normalda 2,5 sm2 dir. Bu sahədə 1/3 nisbətində daralma (stenoz) olursa qanın bədənə pompalanması çətinləşəcək. Aorta stenozu uşaqlarda görülən ikinci ən tez (% 4-7) siyanotik anadangəlmə ürək xəstəliyi səbəbidir. Aorta qapağının funksiyası anadangelmə və sonradan qazanılmış xəstəliklər səbəbiylə pozula bilər.

Aorta qapağında üç ədəd taylar vardır. Aortanın anadangəlmə darlığında qapaq üzərində qalın və sərt tək bir tay (uniküspid) və ya iki tay (biküspid) bilər. Qapağın daha alt hissəsindən qaynaqlana kimi (subaortik stenoz: Hipertrofik obstructive kardiyomiyopati və ya qişalı, band tipi), qapağın üstündə (Supraaortik stenoz) aorta damarında (valvüler: ən tez tip) da görülə bilər

Aorta qapaq stenozunda balon valvuloplastikası yeni doğulmuş körpələr və xəstə uşaqlarda bir çox texnika ilə  tətbiq olunmuşdur.Ümumiyyətlə nəticələr cərrahi valvotomiyanın nəticələrinə oxşardır. Xəstələrin çoxunda qradiyent təxminən 50 % nisbətində azalmışdır və xəstələrin 90 %-də qradiyent 50 mmHg-nin altına düşmüşdür. Ancaq cərrahi valvotomiyada olduğu kimi aortik çatışmazlıq da geniş yayılmışdır və  buna orta dərəcədə və ağır çatışmazlığı olan xəstələrin təxminən 10%-də rast gəlinmişdir. Bununla birlikdə uyğun ölçüdə balondan istifadə edilməsi ilə çatışmazlıq faktlarında əhəmiyyətli dərəcədə azalma olmuşdur.

Aorta balon valvuloplastika əməliyyatında ölüm faktı da göstərilir, ancaq cərrahi valvotomiyaya görə daha azdır. Xəstələrin təxminən 25%-də mikro fəsadlar müşahidə edilmişdir (29). Ən geniş yayılmış fəsad müdaxilə edilən ayaqda nəbzin müvəqqəti dayanmasıdır. Cüt balon və yəni aşağı profilli balonların istifadəsi ağırlaşma nisbətini azaldır. Kritik yeni doğulmuş uşaqlarda qısa müddətli nəticələr cərrahi nəticələrlə eynidir.Yeni doğulmuş uşaqlar xaricində aorta balon valvuloplastika tətbiq olunan əməliyyatlarda ölüm faktı müəyyən olunmamışdır və əməliyyatdan 7 il sonra xəstələrin 93 % aortik qapaq dəyişilməsi edilmədən həyatlarına davam edirlər.

 

Botal axacağın (Patent Duktus Arteriosus) nədir?

Uşaq ana bətnində inkişaf zamanı oksigenli qanı ana qanından alır. Ona görə də dölün normal inkişafı üçün lazım olan  qanın oksigenlə zənginləşməsi üçün ağciyərlərə getməsinə ehtiyac yoxdur, bu işi ana orqanizmi həyata keçirir. Buna görə də ağciyər arteriyasına vurulan qan pulmonar arteriyası ilə aorta arasında olan kanaldan (Botall axacaq, ductus arteriozus) aortaya keçir. Doğuşdan sonra uşaq qanının oksigenlə zənginləşməsi üçün öz ağciyərlərindən istifadə edir və bu zaman qanın ağciyərlərə getməsi üçün Botall axacağın bağlanması lazımdır. Normal halda uşaq doğulduğu an ilk nəfəs alanda Botall axacaq öz-özünə bağlanır. Əgər 3 gün içərisində Botall axacaq bağlanmazsa, PDA (Patent Duktus Arteriosus) tanısı qoyulur. Aortada qan təziqi (120 mm.c.süt) ağ ciyər arteriyadan (25 mm. c. süt) daha yüksək olduğu üçün qan aortadan ağ ciyər arteriyasına doğru axır. Göründüyü kimi bədəndə dövr etməli olan oksigenli qanın bir hissəsi Botall axacaq vasitəsilə yenidən ağciyərlərə gedir. Bu da ilk növbədə ağciyər damarlarında qan təzyiqinin yüksəlməsinə (pulmoner hipertenziya) səbəb olur, digər tərəfdən də artan qan axımı ürəyin daha çox işləməsinə və nəticədə daha çox yorulmasına səbəb olur.

PATENT DUKTUS ARTERİOZUS (PDA) NECƏ MÜALİCƏ Edilir?.

Botal axacağın bağlanması uzun müddət cərrahi yolla həyata keçirilirdi. Hal hazırda xüsusi kataterlərin köməkliyi ilə Botal axacağın bağlanması cərrahiyyənin yerini tamamən almışdır. Kateterin içərisindən botall axacağı bağlama cihazı (okuluder və ya koil) yerləşdirilir. Botall axacaq bağlanılır və müdaxilə uğurla başa çatdırılır.

   

PDA’YA STENT İMPLANTASİYASI NƏDİR?

Bəzi anadangəlmə ürək qüsurlu xəstəliklərində ağciyərlərə gedən qan miqdarı ağciyər arteriyasının yaxşı inkişaf etməməsi və ya tamamilə yox olması (ağciyər atreziya) səbəbi ilə olması lazım olandan çox azdır. Bu hallarda xəstələrin ağciyərinə qan göndərmək məqsədi ilə aorta damarı ilə ağciyər damar arasına cərrahi üsulla bir şant əməliyyatı aparılması lazımdır. Bu əməliyyat texniki olaraq sadə bir əməliyyat kimi görünsə də yenidoğan bir körpəyə tətbiq olunduğu zaman nəticələri xeyli çətin ola bilər.

Alternativ olaraq Patent Duktus Arteriozus  (Botal axacağın) adı verilən və körpədə var olan və 3-4 həftə içərisində bağlanana qədər botal axacagın içinə  invaziv (əməliyyatsız) yolla stent taxılır. Bu prosesin ölüm halları cərrahiyyə ilə kıyaslanamaycak qədər aşağıdır. Əməliyyat sonrasında uşağın normala halına qayıtması olduqca sürətlidir. Çünki bu proses ümumiyyətlə  ümumi anesteziya tələb etməz, sadəcə yüngül anasteziya altında aparılır və bununlada xəstə açıq ürək əməliyyatına da girməmiş olur. Əməliyyat kateter laboratoriyasında təcrübəli əllərdə təxminən 1 saat qədər sürər və ağırlaşma nisbəti da cərrahiyə nisbətən olduqca aşağıdır.

HANSI XƏSTƏLƏR PDA STENDİ ÜÇÜN UYĞUNDUR?

Adətən “İntakt Ventikulyar Septumlu-Ağciyər Atreziya” dediyimiz mürəkkəb anadangəlmə ürək qüsurlu xəstələr üçün ən uyğun hallardır. Həmçinin “Kritik Ağciyər Arteriyanın Darlığı” və “Ventikulyar Septal Defektli Ağciyər Atreziya” və “Fallot Tetralojisi” olan bəzi körpələr də bu müdaxilə aparılır.

VENTİKULYAR SEPTAL DEFEKT (VSD) yəni Mədəciklərarası çəpər deffekti (MÇD)NƏDİR?

MÇD ürək mədəcikləri arasındakı çəpərdə anadangəlmə dəliyin olmasıdır. Sol mədəcikdə qan təzyiqi yüksək olduğu üçün oksigenlə zəngin qan bu dəlikdən ürəyin sağ mədəciyinə keçir. Bu soldan sağa keçiş (şant) adlanır.

MÇD anadangəlmə ürək qüsurlarının ən sıx rast gəlinən formasıdır və ürək qüsurlarının 20%-ni təşkil edir. Mədəciklərarası çəpərin tək və çox sayda dəliyi ola bilər. MÇD mədəciklərarası çəpərin istənilən yerində ola da bilər. Həmçinin MÇD digər anadangəlmə ürək qüsurları ilə müştərək ola bilər. Kiçik ölçülü MÇD uşağın həyatının ilk 2 ili ərzində bağlana bilər. Geniş ölçüdə olan MÇD-nin öz-özünə bağlanması mümkün deyil və mütləq tibbi müdaxiləyə ehtiyac var. Əvvələr bağlanması planlaşdırılan  MÇD-yə cərrahi yolla müdaxilə edilirdi. Hal-hazırda MÇD-nin transkatater yolla bağlanması açıq ürək cərrahiyyəsinə alternativ kimi müasir tibbin ən son nailiyyətlərindən biridir. Xəstələrdə açıq ürək əməliyyatına aparmadan, xəstənin ayaq damarlarından ürəyin içinə göndərilən xüsusi MÇD bağlayıcı cihazlarının köməkliyi ilə MÇD aradan qaldırılır. MÇD-nin ölçüsündən asılı olaraq əvvəlcədən planlaşdırılan MÇD əməliyyatlarında bağlayıcı cihazlardan istifadə edilir. Xəstələr 1 gün sonra evə yazılırlar. MÇD bağlandıqdan sonra xəstələr 6 ay ərzində aspirin qəbul edirlər.

   

ASD (Qulaqcıqlar arası Çəpər defekti) NƏDİR?

Qulaqcıqlar arası Çəpər defekti (QÇD) ürəyin sağ və sol qulaqcıqları arasında olan çəpərdə anadangəlmə dəliyin olmasıdır. QÇD zamanı sol qulaqcıqda olan təmiz qan sağ qulaqcığa keçir, kirli qanla qarışır və ürəyin sağ hissəsində qanın miqdarı çoxalır və nəticədə ağciyərlərə gedən qanın miqdarı artır. Ürəyin sağ hissəsinin həcmi yüklənməsi baş verir və bu da uzun müddət sonra ağciyər arteriyasında təzyiqin yüksəlməsinə (Pulmonar Hipertenziya) səbəb olur ki, bu da ürək çatışmazlığına gətirib çıxarır. Uzun müddət QÇD-nin müalicəsində cərrahi metoddan geniş istifadə olunurdu. Son zamanlar açıq ürək cərrahiyyəsinə alternativ olaraq QÇD-nin transkatater yolla bağlanması müasir tibbin nailiyyətlərindən sayılır.

 TRANSKATETER (ƏMƏLİYYATSIZ) ASD BAĞLANMASI NƏDİR?

Adətən yüngül anesteziya tətbiq olunması ilə qasıq toplar damarından xüsusi avadanlıqlar ilə skopiya altında qulaqcıqlar arası çəpərinə daşınır və avadanlığın bir qismi sol qulaqciqda açıldıqdan sonra avadanlıq geri çəkilərək avadanlığın geri qalan qismi sağ qulaqcıqda açılır və bununlada əvvəlcədən yaranmış qüsur tam olaraq ortadan qaldırılmış olur.

TRANSKATETER (ƏMƏLİYYATSIZ) ASD BAĞLANMASI ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

Xəstəyə açıq ürək əməliyyatı olunmasına ehtiyac qalmır. QÇD-nin transkatater yolla bağlanmasının uğurla başa çatmasına daha çox rast gəlinir. Müdaxilə zamanı ağırlaşma faizi (2%), cərrahi metoda görə (5%) çox aşağıdır. Ən qısa zamanda xəstə xəstəxanadan çıxarılır və 2 gün ərzində öz normal iş həyatına qayıdır. Eyni zamanda 3-4 həftə sonra xəstə istənilən ağır fiziki iş də görə bilir. Əməliyyat sonrası dərman qəbuluna ehtiyac yoxdur. Günümüzdə QÇD-lərini 60-70%-ı bu yolla bağlana bilir.