FETAL EXOKARDİOQRAFİYA

FETAL EXOKARDİOQRAFİYA XİDMƏTLƏRİ

Anadangəlmə ürək xəstəlikləri, anadangəlmə anomaliyaların ən tez-tez görülenidir. Körpə struktur ürək xəstəliklərinin doğumdan əvvəl tanınması və rəhbərliyi müalicə müvəffəqiyyət nisbətini əhəmiyyətli dərəcədə təsir göstərir. Doqquz ay ərzində körpəni gözləyən və hər şeydən xəbərsiz bir ana atanın körpələrinin ağır ürək xəstəsi olduğunu eşitməyin şoku bir yana o andan etibarən körpəyə nə ediləcəyi,dahası bunun harada və kim tərəfindən ediləcəyi məsələsində yaşanan təlaş və narahatlıq çox vaxt uşağın uyğun zamanda və uyğun şəkildə müalicəyə çatmamasına səbəb olur. Fetal qəlb proqramı sayəsində bu iş üçün xüsusi olaraq təşkil olmuş bir qrup tərəfindən aparılan proqram daxilində körpənizin ilk həkim müayinəsi ilə daha o doğmadan başlamış olur. Beləliklə, doğumdan sonra görüləcək xoş olmayan sürprizlərə, təlaş və qarışıqlığa yer verilməmiş olur.

NƏ VAXT FETAL EKOKARDİYOGRAFİYA OLUNMALIDIR?

Hamiləliyin təxminən 16-20. həftələri arasında keçiriləcək fetal ekokardiyografi araşdırması ilə struktur ürək xəstəliklərinin bir çoxu hələ uşağınız ana bətnində ikən tanına bilir. Fetal ekokardiyografi üçün istiqamətləndirmə qadın doğuş həkiminiz və ya perinatologunuz tərəfindən olması kimi siz də uşaq kardiyoloğuna körpənizin ürək araşdırmasını üçün müraciət edə bilərsiniz.

Uşaq kardioloqları tərəfindən ana bətnində Anadangəlmə   Ürək Qüsurlarının  dəqiq diaqnostikası – Fetal Exokardioqrafiya vasitəsi    ilə  aparilır.

Fetal Exokardioqarafiya ana bətnində (hamiləliyin 16-22ci həftəsindən başlayaraq ) uşağın ürəyinin inkişafını, fəaliyyətini səs dalğaları ilə müşahidə edən və dəyərləndirən vacib olan mühüm müayinə metodudur

Səs dalğalarının radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmanlardan istifadə edilməməsi, ağrısız olması hamilə və bətndəki uşaq üçün zərərsiz olduğu üçün rahatlıqla tətbiq olunur.

Prenatal müayinədə məqsəd: Bətndaxili müalicə,Xromosom anomaliyalarının aşkar edilməsi,Ailəyə genetik məsləhət ,Ekstrakardiak  patologiyalarln aşkar edilməsi ,Optimal perinatal qulluq

HAMİLƏLİK ZAMANI UŞAĞIMDA ANADANGƏLMƏ ÜRƏK QÜSURUNDAN ŞÜPHƏLƏNİLİR, NƏ ETMƏLİYƏM?

Mütləq bu mərhələdə fetal kardioloji müayinə proqrama daxil olmağınız uyğundur. Doğrudan özünüz və ya qadın doğuş həkiminizin yönəltməsi ilə uşaq kardiyoloqu ilə görüşün və “fetal exokardioqrafiya” olunması məsləhət görülür.

Apardığımız Fetal Exokardioqrafiya sonra körpə ürək xəstəliyi müəyyən olunarsa, bu andan etibarən sizə uşaq kardioloqu,uşaq ürək cərrahı və perinatoloq ilə birlikdə konsultassiya aparılması məsləhət görülür. Bu mərhələdə ağlınıza gələn hər cür problemin cavabını tapacaqsınız. Bu sayədə körpənizin xəstəliyinin nə olduğu, doğumu,süresini,hamilelik prosesini necə etkileyeceği,doğduktan sonra sizi nələrin gözlədiyi hansı əməliyyat və ya əməliyyatların nə zaman, harada olunacağı,kimin edəcəyi kimi sualların cavabını tapa bilərsiniz. Hətta doğumdan sonra əməliyyatlar aparılarkən sizin sosial olaraq gözləyən ihtiyaçlarınız (qalacaq yer,sosyal təhlükəsizlik) kimi məsələlər də planlaşdıla bilər.