Anaların nəzərinə – Uşağınızda bu əlamətlər varsa…
Bir çox hallarda valideynlər uşaqlardakı ürək xəstəliyindən xəbərsiz olur və xəstəliyin əlamətlərini anlamayıb adi hal kimi qəbul edirlər. Bu isə son nəticədə daha ağır fəsadlara gətirib çıxarır və müalicəni daha da çətinləşdirir. "Qafqazinfo" Trend-ə istinadən bildirir ki, məsələyə münasibət bildirən invaziv uşaq kardioloqu Elnur İmanovun dediyinə görə, valideynlər bir çox hallarda bu xəstəliyin əlamətini gec anlayırlar. [...]