Naxçıvanda aztəminatlı ailələrdən olan uşaqlar üzərində pulsuz açıq ürək əməliyyatları aparılır

Naxcivantv.az xəbər verir ki, Tibb üzrə fəlsəfə doktoru Elnur Həsənovun rəhbərlik etdiyi heyətin tərkibində 2 cərrah, 2 uşaq kardioloqu, 2 anestezioloq-reanimatoloq, 1 perfüzioloq-həkim, 8 tibb bacısı var.

Mərkəzin invaziv kardioloqu Elnur İmanov bildirib ki,  bu artıq 3-cü Naxçıvana gəlişimizdir.  Məqsəd aztəminatlı ailələrin uşaqlarının başqa yerə getmədən elə Naxçıvanda müayinə və müalicəsini aparmaqdır. Artıq 40-a yaxın uşaq müayinədən keçib.

Qeyd edək ki, tibbi heyət anadangəlmə və qazanılmış ürək qüsuru olan uşaqların müayinəsini, ürək boşluqlarının kataterizasiyasını aparıb, 3 uşaqda qapalı, 12 uşaqda açıq ürək əməliyyatının aparılması qərara alınıb. Artıq 4 xəstə üzərində açıq ürək əməliyyatları uğurla başa çatdırılıb. Digər 8 xəstə isə yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, tibbi heyət 1 həftə ərzində Diaqnostika müalicə mərkəzində müayinələr və ürək əməliyyatları aparacaq.