Tiflis şəhərində 6 fərqli xəstə üzərində invaziv müdaxilə
  • 219
  • Feb 14 , 2016

Tiflis şəhərində 6 fərqli xəstə üzərində invaziv müdaxilə

İnvaziv Uşaq Kardioloqu Dr.Elnur İmanov 13-14 fevral Gürcüstanın paytaxtı Tiflis şəhərində ezam olunmuşdur. Bu ezamiyyətin səbəbi Tiflis şəhərində gürcü həkimlərlə birgə çox əhəmiyyətli invaziv müdaxilələr həyata keçirtmək idi. Fevralın 14ü Dr.Elnur İmanov ilk azərbaycanlı İnvaziv Uşaq Kardioloqu olaraq bu ölkənin həkimləri İnvaziv Uşaq Kardioloqu Dr. Vaktang Khelaşhili və Uşaq Kardioloqu Dr. Lika Kapanadze ilə birlikdə Joan Hospitalda körpə uşaqlardan başlayaraq 6 fərqli xəstə üzərində invaziv müdaxilə həyata keçirtdi. Bu xəstələrin 3ün də Açıq Arteriyal Axacağın Bağlanması, 3ün də isə Qulaqcıqlar Arası Çəpərin bağlanması invaziv müdaxiləsi oldu.  Bütün bu invaziv müdaxilələr uğurla başa çatdı və 6 fərqli xəstə birdəfəlik olaraq öz normal sağlamlıqlarına qovuşdu. 

Öz sahəsində hər zaman ilklərə imza atan Dr. Elnur İmanov öz savadı və bacarığı ilə gürcü həkimlərinin və xəstələrinin böyük rəğbətini qazandı.