Qulaqcıqarası çəpəri deffektinin (QÇD) invaziv (əməliyyatsız) üsulla bağlanması

Qulaqcıqarası çəpəri deffektinin (QÇD) invaziv (əməliyyatsız) üsulla bağlanması

ASD (Qulaqcıqlar arası Çəpər defekti) NƏDİR?

Qulaqcıqlar arası Çəpər defekti (QÇD) ürəyin sağ və sol qulaqcıqları arasında olan çəpərdə anadangəlmə dəliyin olmasıdır. QÇD zamanı sol qulaqcıqda olan təmiz qan sağ qulaqcığa keçir, kirli qanla qarışır və ürəyin sağ hissəsində qanın miqdarı çoxalır və nəticədə ağciyərlərə gedən qanın miqdarı artır. Ürəyin sağ hissəsinin həcmi yüklənməsi baş verir və bu da uzun müddət sonra ağciyər arteriyasında təzyiqin yüksəlməsinə (Pulmonar Hipertenziya) səbəb olur ki, bu da ürək çatışmazlığına gətirib çıxarır. Uzun müddət QÇD-nin müalicəsində cərrahi metoddan geniş istifadə olunurdu. Son zamanlar açıq ürək cərrahiyyəsinə alternativ olaraq QÇD-nin transkatater yolla bağlanması müasir tibbin nailiyyətlərindən sayılır.

 TRANSKATETER (ƏMƏLİYYATSIZ) ASD BAĞLANMASI NƏDİR?

Adətən yüngül anesteziya tətbiq olunması ilə qasıq toplar damarından xüsusi avadanlıqlar ilə skopiya altında qulaqcıqlar arası çəpərinə daşınır və avadanlığın bir qismi sol qulaqciqda açıldıqdan sonra avadanlıq geri çəkilərək avadanlığın geri qalan qismi sağ qulaqcıqda açılır və bununlada əvvəlcədən yaranmış qüsur tam olaraq ortadan qaldırılmış olur.

TRANSKATETER (ƏMƏLİYYATSIZ) ASD BAĞLANMASI ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

 Xəstəyə açıq ürək əməliyyatı olunmasına ehtiyac qalmır. QÇD-nin transkatater yolla bağlanmasının uğurla başa çatmasına daha çox rast gəlinir. Müdaxilə zamanı ağırlaşma faizi (2%), cərrahi metoda görə (5%) çox aşağıdır. Ən qısa zamanda xəstə xəstəxanadan çıxarılır və 2 gün ərzində öz normal iş həyatına qayıdır. Eyni zamanda 3-4 həftə sonra xəstə istənilən ağır fiziki iş də görə bilir. Əməliyyat sonrası dərman qəbuluna ehtiyac yoxdur. Günümüzdə QÇD-lərini 60-70%-ı bu yolla bağlana bilir.