Mədəciklərarası çəpər deffektinin (MÇD) invaziv (əməliyyatsız) üsulla bağlanılması

Mədəciklərarası çəpər deffektinin (MÇD) invaziv (əməliyyatsız) üsulla bağlanılması

VENTİKULYAR SEPTAL DEFEKT (VSD) yəni Mədəciklərarası çəpər deffekti (MÇD)NƏDİR?

 

MÇD ürək mədəcikləri arasındakı çəpərdə anadangəlmə dəliyin olmasıdır. Sol mədəcikdə qan təzyiqi yüksək olduğu üçün oksigenlə zəngin qan bu dəlikdən ürəyin sağ mədəciyinə keçir. Bu soldan sağa keçiş (şant) adlanır.

MÇD anadangəlmə ürək qüsurlarının ən sıx rast gəlinən formasıdır və ürək qüsurlarının 20%-ni təşkil edir. Mədəciklərarası çəpərin tək və çox sayda dəliyi ola bilər. MÇD mədəciklərarası çəpərin istənilən yerində ola da bilər. Həmçinin MÇD digər anadangəlmə ürək qüsurları ilə müştərək ola bilər. Kiçik ölçülü MÇD uşağın həyatının ilk 2 ili ərzində bağlana bilər. Geniş ölçüdə olan MÇD-nin öz-özünə bağlanması mümkün deyil və mütləq tibbi müdaxiləyə ehtiyac var. Əvvələr bağlanması planlaşdırılan  MÇD-yə cərrahi yolla müdaxilə edilirdi. Hal-hazırda MÇD-nin transkatater yolla bağlanması açıq ürək cərrahiyyəsinə alternativ kimi müasir tibbin ən son nailiyyətlərindən biridir. Xəstələrdə açıq ürək əməliyyatına aparmadan, xəstənin ayaq damarlarından ürəyin içinə göndərilən xüsusi MÇD bağlayıcı cihazlarının köməkliyi ilə MÇD aradan qaldırılır. MÇD-nin ölçüsündən asılı olaraq əvvəlcədən planlaşdırılan MÇD əməliyyatlarında bağlayıcı cihazlardan istifadə edilir. Xəstələr 1 gün sonra evə yazılırlar. MÇD bağlandıqdan sonra xəstələr 6 ay ərzində aspirin qəbul edirlər.