Botal axacağın (Patent Duktus Arteriosus) invaziv (əməliyyatsız) üsulla bağlanılması

Botal axacağın (Patent Duktus Arteriosus) invaziv (əməliyyatsız) üsulla bağlanılması

Botal axacağın (Patent Duktus Arteriosus) nədir?

Uşaq ana bətnində inkişaf zamanı oksigenli qanı ana qanından alır. Ona görə də dölün normal inkişafı üçün lazım olan  qanın oksigenlə zənginləşməsi üçün ağciyərlərə getməsinə ehtiyac yoxdur, bu işi ana orqanizmi həyata keçirir. Buna görə də ağciyər arteriyasına vurulan qan pulmonar arteriyası ilə aorta arasında olan kanaldan (Botall axacaq, ductus arteriozus) aortaya keçir. Doğuşdan sonra uşaq qanının oksigenlə zənginləşməsi üçün öz ağciyərlərindən istifadə edir və bu zaman qanın ağciyərlərə getməsi üçün Botall axacağın bağlanması lazımdır. Normal halda uşaq doğulduğu an ilk nəfəs alanda Botall axacaq öz-özünə bağlanır. Əgər 3 gün içərisində Botall axacaq bağlanmazsa, PDA (Patent Duktus Arteriosus) tanısı qoyulur. Aortada qan təziqi (120 mm.c.süt) ağ ciyər arteriyadan (25 mm. c. süt) daha yüksək olduğu üçün qan aortadan ağ ciyər arteriyasına doğru axır. Göründüyü kimi bədəndə dövr etməli olan oksigenli qanın bir hissəsi Botall axacaq vasitəsilə yenidən ağciyərlərə gedir. Bu da ilk növbədə ağciyər damarlarında qan təzyiqinin yüksəlməsinə (pulmoner hipertenziya) səbəb olur, digər tərəfdən də artan qan axımı ürəyin daha çox işləməsinə və nəticədə daha çox yorulmasına səbəb olur.

PATENT DUKTUS ARTERİOZUS (PDA) NECƏ MÜALİCƏ Edilir?.

Botal axacağın bağlanması uzun müddət cərrahi yolla həyata keçirilirdi. Hal hazırda xüsusi kataterlərin köməkliyi ilə Botal axacağın bağlanması cərrahiyyənin yerini tamamən almışdır. Kateterin içərisindən botall axacağı bağlama cihazı (okuluder və ya koil) yerləşdirilir. Botall axacaq bağlanılır və müdaxilə uğurla başa çatdırılır.