Botal axacağın (Patent Duktus Arteriosus) Stend İmplantasiyası

Botal axacağın (Patent Duktus Arteriosus) Stend İmplantasiyası

PDA’YA STENT İMPLANTASİYASI NƏDİR?

 

Bəzi anadangəlmə ürək qüsurlu xəstəliklərində ağciyərlərə gedən qan miqdarı ağciyər arteriyasının yaxşı inkişaf etməməsi və ya tamamilə yox olması (ağciyər atreziya) səbəbi ilə olması lazım olandan çox azdır. Bu hallarda xəstələrin ağciyərinə qan göndərmək məqsədi ilə aorta damarı ilə ağciyər damar arasına cərrahi üsulla bir şant əməliyyatı aparılması lazımdır. Bu əməliyyat texniki olaraq sadə bir əməliyyat kimi görünsə də yenidoğan bir körpəyə tətbiq olunduğu zaman nəticələri xeyli çətin ola bilər.

Alternativ olaraq Patent Duktus Arteriozus  (Botal axacağın) adı verilən və körpədə var olan və 3-4 həftə içərisində bağlanana qədər botal axacagın içinə  invaziv (əməliyyatsız) yolla stent taxılır. Bu prosesin ölüm halları cərrahiyyə ilə kıyaslanamaycak qədər aşağıdır. Əməliyyat sonrasında uşağın normala halına qayıtması olduqca sürətlidir. Çünki bu proses ümumiyyətlə  ümumi anesteziya tələb etməz, sadəcə yüngül anasteziya altında aparılır və bununlada xəstə açıq ürək əməliyyatına da girməmiş olur. Əməliyyat kateter laboratoriyasında təcrübəli əllərdə təxminən 1 saat qədər sürər və ağırlaşma nisbəti da cərrahiyə nisbətən olduqca aşağıdır.

HANSI XƏSTƏLƏR PDA STENDİ ÜÇÜN UYĞUNDUR?

Adətən "İntakt Ventikulyar Septumlu-Ağciyər Atreziya" dediyimiz mürəkkəb anadangəlmə ürək qüsurlu xəstələr üçün ən uyğun hallardır. Həmçinin "Kritik Ağciyər Arteriyanın Darlığı" və "Ventikulyar Septal Defektli Ağciyər Atreziya" və "Fallot Tetralojisi" olan bəzi körpələr də bu müdaxilə aparılır.