Ağciyər arteriyaya süni qapağın invaziv üsul ilə implantasiyası

Ağciyər arteriyaya süni qapağın invaziv üsul ilə implantasiyası

 

İnvaziv (əməliyyatsız) üsul ilə Ağciyər qapaq implantasiyası nədir?

Bu proses qısaca "əməliyyatsız yolla süni ürək qapağın yerləşdirilməsi" prosesi olaraq tərif edilə bilər.

Bəzi anadangəlmə ürək xəstəliklərinin müalicəsi zamanı cərrahi olaraq xəstələrdə süni ürək qapaqları və damarlar (konduit) istifadə edilməsi lazımdır. İllər ərzində bu qapaqların hamısı pozulur və dəyişdirilməsi məsləhət görülür. Klassik yol ilə cərrahi üsulla bu sünii damarı və qapağı çıxarıb yerinə yenisini qoymaqdır. Bu proses demək olar ki, hər 10 ildən bir təkrar edilir. Yəni ilk sünii damarı 5 yaşında taxılan bir uşaq düşünək 40 yaşına gələndə ən yaxşı halda 3 dəfə ürək əməliyyatı olması lazımdır.

Perkutan Ağciyər Qapaq İmplantasiyası, əməliyyatsız yolla qasıqdan qasıq arteriya və vena  kiçik bir iynə dəliyindən daxil olaraq ağciyər qapaq dəyişmə prosesidir. Bu proses transkateter müalicə üsulları arasında hazırda dünya tibbinın çatdığı ən yüksək nöqtələrdən biridir.

Perkutan Ağciyər qapaq implantasiyası necə edilir?

Proses adətən ümumi anesteziya altında kateter laboratoriyasında həyata keçirilir. Qasıq toplar damarından daha əvvəl yerləşdirilən sheatlərin içindən kateterlərlə keçərək qapaq nahiyyəsinə çatıb kontrast maddənin vasitəsi ilə qapaq barədə tam məlumat əldə edildikdən sonra darlıq varsa, balon valvuloplastikası aparılır sonra isə  stent açılır və yerləşdirilir. Daha sonra xüsusi üsullarla istehsal edilmiş və hazırlanmış olan ürək qapağı köhnə qapağın içərisinə yerləşdirilərək əməliyyat sonlandırılır. Fəsadlaşmadan  bu əməliyyat təxminən 1-2 saat sürür.

Perkutan Ağciyər qapaq implantasiyası sonrası nələr gözlənilir?

Əməliyyat uğurlu keçdiyi halda xəstə reanimasiya şöbəsinə  köçürüldükdən sonra bir gün izlənir. Ertəsi gün xəstə stasiyonara köçürülüb bir gün də orda izlənilib və hər şey istənilən kimi davam edərsə ertəsi gün evə yola salınır. Aspirin xaricində hər hansı bir dərman istifadə etməsi məsləhət deyil.  Bir neçə gün içərisində gündəlik həyatına qayıda bilər.

Əməliyyatsız taxılan qapaq pozularsa?

Əlbəttə, bu üsulla taxılan qapağın da bir ömrü var. Ancaq bu qapağın içərisinə də çox zamanla ehtiyac olduqda (orta hesabla 10 il) təkrar eyni üsulla yeni bir qapaq taxıla bilər.