Ağciyər arteriya qapağın darlığı və Pulmonar Balon Valvuloplastikası

Ağciyər arteriya qapağın darlığı və Pulmonar Balon Valvuloplastikası

 

Qanın ağciyərlərdə oksigenlə  zənginləşməsi üçün sağ mədəcik qanı ağ ciyər arteriyasına ötürür. Sağ mədəciklə ağ ciyər arteriyası arasında pulmonar qapaq var, bu da qanın geriyə qayıdaraq sağ mədəciyə tökülməsinin qarşısını alır. Pulmonar darlıq bu qapaqların daralmasıdır. Pulmonar darlıq zamanı sağ mədəcikdən qan ağ ciyər arteriyasına ötürülərkən maneə yaranır və nəticədə qanın ağciyərlərə ötürülməsi məhdudlaşır.

 

Pulmonar Balon Valvuloplastikası

Pulmonar darlıq zamanı qan axını qarşısında yaranan maneəni aradan götürmək üçün müasir dövrdə cərrahiyyənin yerini tamamən almışdır. Uzun tel aşağı boş venadan ürəyin sağ hissəsinə, sonra pulmonar qapaqdan keçməklə pulmonar arteriyaya qədər yerləşdirilir. Sonra xüsusu genişləndirici balon sistemi bu telin üzərindən pulmonar qapağa yerləşdirilir. Balon mümkün olduğu qədər şişirdilərək pulmonar darlıq genişləndirilir.

Müdaxilədən sonra dərman müalicəsinə ehtiyac yoxdur. Xəstə ən qısa zamanda xəstəxanadan evə yazılır. 2-3 gün müddətində öz normal həyat tərzinə qayıda bilir.